SUAL - CAVAB

Stomatoloqlar istədiyiniz suallara cavab verməyə hazırdırlar.
Suallarınızı sizin@stomatoloq.az e-mailinə göndərin.
Sualınıza cavab 24 saat ərzində veriləcəkdir. Daha geniş məlumat almaq üçün 496-43-43 nömrəli telefona zəng edərək klinikamıza müraciat edə bilərsiniz.



Ramil Tanrıvərdiyev

Sual: Diş ətlərim hər zaman qanayir. Müalicə etdirmişəm, fayda vermədi. Mümkündürsə ətraflı məsləhətinizi yazardınız.

Cavab: Diş ətlərinizin daimi qanamasının bir necə səbəbi ola bilər:
1. gingivit - diş ətlərinin somatik və/və ya infeksiyalı iltihablanması. Tək başına və ya hər hansı bir başqa xəstəliyə bağlı olaraq ortaya çıxa bilər və 25-ə yaxın növü var. Azərbaycan əhalisinin 72%-i bu problemlə qarşılaşır;
2. paradontoz - dişləri dəstəkləyən çenə sümüyünün və diş yüvası ətrafı toxumaların distrofiyası ilə nəticələnən iltihabi xəstəlik.
Daha ətraflı məlumat üçün bir əvvəlki sualın cavabına nəzər salın.
Sizin sualınızda sadaladığınız simptomlar hər iki növ xəstəlikdə görülə bildiyi üçün, dəqiq cavab üçün müayinə olmanız qərəklidir.



Şamil Nağıyev

Sual: Dişlərin daş bağlamaması üçün nə etmək lazımdır?

Cavab: Dişlərin "daş bağlaması", "diş daşlarının yığılması" və ya elmi adıyla calculus'un bir necə səbəbi ola bilər:
1. yetərsiz ağız və diş qiqiyenası;
2. metabolizma nöqsanları ilə özünü biruzə verən hər hansı bir somatik xəstəlik (müxtəlif infeksiyalar, diabet, pankreatit, astma v.s.);
3. vücut mayalarında turşu-qələvi disbalansı ilə nəticələnən ümumi xəstəliklər (gastrit, özofajit, nefrit v.s.);
4. daimi alınan bəzi dərmanlar (kortikosteroidlər, prazosin, salbutamol v.s.);
5. içmə suyunun mineral tərkibinin normlara uyğun olmaması.
Bu səbəbləri göz önünə alaraq, diş daşlarının ortaya çıxmaması üçün aşağıdaki tədbirlər alınmalıdır:
- ağız və diş qiqiyenasına qəti şəkildə əməl olunmalıdır;
- təmiz, qaynadılmış içmə suyundan istifadə olunmalıdır;
- ildə 2 dəfə stomatoloq nəzərətindən keçərək, əmələ qəlmiş diş daşları təmizlənməlidir;
- diş daşlarının əmələ qəlməsinə səbəb olan xəstəlik varsa, müalicə olunmalıdır.



Samir Əliyev

Sual: Dişlərin aqardılması agrılı bir prosesdir?

Cavab: Dişlərdə müxtəlif növ rənqlənmələr görülə bilər. Rənqlənmə növünə və şiddətinə görə müalicəsi də müxtəlifdir. Əsasən dişlərin xüsusi ultrasəs cihazla təmizlənməsi və peroksidli jelərdən istifadə olunması yetərlidir. Bu proseduralar tamamen agrısızdır. Agır vəziyyətlərdə bu proseduralar bir neçə dəfə təkrarlana bilər.



Elnarə Sultanova

Sual: Uşaqlarda dişlərin qec çıxmasının səbəbi nədir?

Cavab: Körpələrdə ilk dişlər 6-8 aylarda çıxar. Bəzən bu 9-11 aylarda da ola bilər. Daha gec diş çıxardma hər hansı bir metabolizma anomaliyasının sebebi ola bildigi üçün diqqət edilməlidir. Hamiləlik dönəmində keçirilən yoluxucu xəstəliklər, ərkən və ya travmatik (asfiksiyalı) doğum, mineral və ya vitamin çatışmamazdığı ən əsas səbəblərdir. Bundan başka bəzi genetik anomaliyalar nəticəsində uşaglarda qısmi və ya tam dişsizlik görülə bilər.



Emin İbadov

Sual: Əvvəla, bütün bu nəaliyyətlərinizdən ötrü sizləri tebrik edirəm. Bir diş həkimi namizədi olarag öyrənmək isterdim, Azərbaycanda xalqın Ortodontiyaya münasibəti necədir? Ayrıca Xidmətlər bölümündə Ortodontik müalicə haqqında məlumat tapa bilmədim... Əvvəlcədən təşəkkür edirəm...

Cavab: Təbrikiniz üçün minnətdarıg. Azərbaycan əhalisi arasında ortodontik müalicə üsulları çox yaxşı tanınmamasına baxmayaraq, axır vaxtlarda bu sahənin də inkişafı başlamışdır. Xidmwtlər və Nümunələr bölümlərində ortodontik müalicə haqqında məlumatın olmaması, Dr. Zaur Zeynalovun saytın hazırlanması ərəfəsində xarici səfərdə olmasıyla baglıdır. Ən qısa zamanda bu nöksan aradan qaldırılacaq.



Samir Xanlarov

Sual: Axır ki, Azərbaycanda da dünya səviyyəsində həkimlərin xidmətindən istifadə edə bilirik. Müvəffəqiyətlər arzulayıram.
Sualım isə belədir: dişlərin üstünə bəzək olarag tətbiq etdiyiniz daşlar dişlər üçün zərərli deyil?

Cavab: Qətiyyən! Dişlərə heç bir ziyan vermədən, sadəcə kosmetik məqsədlə tətbiq etdiyimiz müxtəlif cavahirat daşları dişlər üzərinə xüsusi yapıstırıcı maddələr vasitəsiylə yapıştırılır. Bu əsnada dişlər üzərində heç bir ağrı verici və ya zərərli təsir meydana gəlmir.

ƏLAQƏ

Yusif Səfərli küç. 18
(Əmlak Komitəsinin yanında)

Tel: 496-4343
Mob: (50) 326-3151
sizin@stomatoloq.az

Zəhmət olmasa, qəbula gəlməkdən bir neçə gün əvvəl 496-4343 və ya (50)392-5445 (Sevda xanım) telefonlarına zəng vuraraq qeydiyyatdan keçin.

Atəşgah Sığorta , Beynəlxalq Sığorta və Xalq Sığorta şirkətlərinin müştərilərinə xidmət göstərilir.

Ateshgan insurance, Atesgah sigorta
Xalq insurance, Xalq sigorta
International insurance, Beynelxalq sigorta

İŞ REJİMİ

Bazar ertəsi 9:30 - 15:00
Çərşənbə axşamı 15:30 - 21:00
Çərşənbə 9:30 - 15:00
Cümə axşamı 15:30 - 21:00
Cümə 9:30 - 15:00
Şənbə 15:30 - 21:00



Azerbaycan Ortodontlar Derneyi



Azerbaycan web saytlari kataloqu ve saygac